İran ABŞ və Səudiyyə Ərəbistanına sərt reaksiya verib

2018/04/48784_1525086111.jpg
Oxunub: 4476     18:59     30 Aprel 2018    
Tehran Yaxın Şərqdə stabilliyə pozduğuna dair ABŞ Dövlət katibi Mayk Pompeonun iddialarını rədd edir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bərahm Qasəmi danışıb.

“Pomeponun İran İslam Respublikası dedikləri sadəcə əsassız iddiaların təkrar edilməsidir. İran İslam Respublikasının iki qonşu ölkədə həyata keçirdiyi məşvərətçi rolu bu dövlətlərin qanuni hökumətlərinin dəvəti üzərinə həyata keçirilir”, - deyə Qasəmi bildirib.

O, Vaşinqton və Ər-Riyad arasında mövcud olan partnyorluğun regiona müharibə və qeyri-stabillik gətirdiyini və ekstremizlə silah yarışını təşviq etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Səudiyyə-Ərəbistanı   ABŞ  


Bizi "telegram"da izləyin