Suriyaya raket zərbələrində ölənlərin sayı artır – 40 ölü, 60 yaralı?

2018/04/345345_1525084477.jpg
Oxunub: 2935     18:32     30 Aprel 2018    
Dünən gecə saatlarında Suriyanın Həma və Hələb vilayətlərində hökumət hədəflərinə qarşı həyata keçirilmiş aviazərbələr nəticəsində həlak olanların sayına dair müxtəlif iddialar yayılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəzi mənbələr ölənlərin sayının hətta 40-a çatdığını irəli sürür.

İranın xəbər agentliyi ISNA zərbələrdə 18-i iranlı olmaqla 40 nəfərin öldüyünü, 60 nəfərin isə yaralandığını iddia edir.

Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupuna istinadən edən “The Wall Street Journal” nəşri isə ölənlərin sayının 27 olduğunu bildirib.

Suriyanın rəsmi media orqanı SANA-ya görə, hücumlar İordaniyanın şimalındakı Britaniya və ABŞ bazalarından həyata keçirilib və əməliyyat zamanı 9 ballistik raket atılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İran-İsrail   Raket-zərbələri  


Bizi "telegram"da izləyin