ABŞ ordusunda süni intellekt xidmətə qəbul edilib

2018/04/345345_1525079047.jpg
Oxunub: 2455     17:54     30 Aprel 2018    
ABŞ ordusunda süni intellektdən əsgərlərin hazırlığında istifadə olunmağa başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun komandanlığından olan mənbələr məlumat yayıb.

Məlumata görə, yeni sistem yaddaş, diqqət və döyüş meydanında daha rasional davranışı məşq etdirərək əsgərin hazırlığını 13 dəfə surətləndirir.

“Bu sistem yeni nəsil piyada döyüş maşınlarının tərkib hissəsi, onun baza proqramlarının əsas komponentləridən biri olacaq. Onun köməyi ilə döyüşçülərin döyüş meydançasının ən fərqli hissələrində baş verən müxtəlif məlumatları birləşdirmələrini və təcrübələri üçün istifadə etmələrini asanlaşacaq”, - deyə ABŞ ordusuun Təhqiqat Laboratoriyasının üzvü Racqopal Kannan bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suni-intellekt  


Bizi "telegram"da izləyin