“Korsar” PUA-ları Suriyada uğurla istifadə edilir

2018/04/3456345345_1525076882.jpg
Oxunub: 4240     16:26     30 Aprel 2018    
Moskvada keçiriləcək Qələbə paradının gecə məşqində “Korsar” taktiki PUA-sı görüntülənib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 10 ədəd qırmızı ulduz var idi, bu isə Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak edən PUA-larına qoyulan işarədir.

Bir qayda olaraq PUA 10 uçuş həyata keçirdikdə onun üzərinə 1 ədəd ulduz əlavə olunur, indiki halda isə 10 ulduz qoyulduğundan əminliklə PUA-nın Suriyada aktiv şəkildə istifadə edildiyini təxmin etmək olar.

Qeyd edək ki, “Korsar” PUA-ları “Rostex”ə daxil olan Birləşmiş Avadanlıq Quruculuğu Korporasiyasında istehsal edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Korsar   Rusiya-Suriya  


Bizi "telegram"da izləyin