Ordu.az xarici KİV-lərə istinadə xəbər verir ki, bu qənaət “Realmeter” agentliyinin apardığı sorğu nəticəsində bəlli olub.
Belə ki, iştirakçıların 64,7 faizi KXDR-in nüvəsizəşdirməyə hazır olduğuna inanır, 28,3 faiz əhali isə Pxenyana etibar etmir. Daha 7 faiz iştirakçının isə bu məsələ ilə bağlı heç bir fikri yoxdur.
Maraqlıdır ki, iştirak edənlərin 52,1 faizi daha öncə KXDR-ə inanmadıqlarını, lakin 27 aprel sammitindən sonra hər şeyin dəyişdiyini bildiriblər.
Ağalar Qəribov
Ordu.az