Ruhani: “Nüvə müqaviləsinin yeni altıtərəfli müzakirəsi yolverilməzdir”

2018/04/1780-Ruhani_1525068025.jpg
Oxunub: 1395     14:02     30 Aprel 2018    
“2015-ci ildə İranın 6 güc dövləti ilə imzaladığı nüvə proqramı üzrə ümumi fəaliyyət planı müzakirə edilə bilməz”.

Ordu.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bəyan edib.

O, bu barədə Fransa prezidenti Emmanuel Makronla telefon danışığı çərçivəsində bildirib.

“Nüvə proqramı üzrə müqavilə müzakirə predmeti ola bilməz. İran öz vəzifələri hüdudlarından kənar heç bir yeni məhdudlaşdırma ilə razılaşmayacaq”, - deyə Ruhani bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin