Kabildə partlayış: 7 ölü, 20 yaralı

2018/04/1773_1525066225.jpg
Oxunub: 4131     13:25     30 Aprel 2018    
Əfqanıstanın paytaxtı Kabil şəhərində bu gün səhər saatlarında iki ardıcıl partlayış baş verib.

Ordu.az “Associated Press” nəşrinə istinadənə xəbər verir ki, bu barədə “Pajhwok” nəşri məlumat yayıb.

Məlumata görə, partlayışlar nəticəsində 7 nöfər ölüb, daha 20 nəfər isə yaralanıb.

Partlayışlardan biri xarici ölkə təmsilçiliklərinin, həmçinin Əfqanıstan kəşfiyyat qurumlarının yerləşdiyi rayonda baş verib. Hələlik bir jurnalistin həlak olduğu bilinir.

AFP agentliyinin məlumatına görə, partlayış kamikadze terrorçular tərəfindən törədilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Kabil   Partlayış  


Bizi "telegram"da izləyin