Hipersəs raketi ABŞ milli təhlükəsizliyi üçün nə vəd edir?

2018/04/received_1164627683680178_1524939373.jpeg
Oxunub: 3454     02:19     29 Aprel 2018    
Bu ayın əvvəlində Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatlarla silah yarışına girməyəcəyini bildirib. Lakin elə həmin çıxışda ölkənin yeni hipersəs silahı olan “Sarmat” qitələrarası ballistik raketin planetin istənilən nöqtəsinə nüvə başlığı daşımağa qadir olduğunu qeyd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Sarmat”ın 2020-cı ilə hazır olması gözlənilsə də, digər bir hipersəs raketi olan “Kinzhal” artıq sınaqlardan keçirilib və servis üçün hazırdır. Bu raket də adi döyüş başlıqları yanaşı nüvə başlığı da daşıya bilir.

Eyni zamanda Birləşmiş Ştatların hipersəs silahlarla bağlı eksperimentləri də asta şəkildə davam edir. 2014-cü ildə baş tutan bir sınaq uğursuz nəticələnmişdi. O zaman ABŞ Quru Qoşunları orta səviyyədə uçan sınaq raketini məhv etməliydi, amma bu baş vermədi. Hətta ötən il baş tutan uğurlu sınaqdan sonra belə silah hələki istifadəyə hazır deyil.

Hipersəs silahlar səsdən azı beş dəfə sürətli uçur və onlar ballistik raketlərə nisbətdə daha aşağı atmosferdə hərəkət edir. Bu xüsusiyyətlər ənənəvi müdafiə sistemləri üçün onları digər raketlərlə müqayisədə daha çətin zərərsizləşdirilən edir. Bu vəziyyət Birləşmiş Ştatlar üçün daha narahatlıq yaratmalıdır. Çünki hətta o hipersəs silahlarına diqqətini cəmləsə belə, onun hipersəs silahları ənənəvi döyüş başlıqları daşıya bildiyi halda Rusiyanınkılar nüvə başlıqları ilə təchiz olur.

Buna görə də, DARPA-nın 2018-ci maliyyə ili üçün nəzərdə tutulmuş müdafiə büdcəsindən hipersəs silahları üçün 108,6 milyon dollar əldə etməsi və növbəti il üçün daha 256,7 milyon dollar tələb etməsi heç bir təəccüb doğurmur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hipersəs-silahı  


Bizi "telegram"da izləyin