F-35-lərdə Sovet izi: Bəlkə, yeni hər şey yaxşı unudulmuş köhnədir?

2018/04/received_2527729917453161_1524938137.jpeg
Oxunub: 2943     01:53     29 Aprel 2018    
Yalnız Sovet İttifaqında “Dəmir pərdə” düşdükdən sonra Birləşmiş Ştatlar F-35 kimi stels təyyarə yarada bildi.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “Task and Purpose” nəşri məlumat yayıb.

Məlumata görə, amerikalı jurnalistlər “Lockheed Martin” istsalı olan F-35 “Lightning II” qırıcılarında Sovet izi – Yak-14 təyyarələrinin elementlərinin olduğunu iddia edirlər.

F-35 qırıcıları ilə Yak-14 arasında xeyli oxşarlıq var. Onların istehsalı isə məhz SSRİ-də “Dəmir pərdə”nin düşməsindən sonra baş tutub. Sovet İttifaqı dağıldıqdan sonra “Lockheed Martin” şirkəti Yakovlev adında Təcrübi Konstruktor Bürosu ilə əməkdaşlıq barədə müqavilə imzalayıb. 1991-ci ildə imzalanan müqavilə amerikalılara Yak-141 haqqında məlumat toplamağa imkan yaratdı. “Lockheed Martin” mütəxəssisləri hazırlanma və istehsal üçün lazım olan bütün məlumatlardan istifadə edə bilirdilər.

“Bu, F-35-in qəlbi – mühərrikinin yaradılması üçün ölümcül dərəcədə lazımlı olan mühərriklər barədə məlumat əldə etməyə imkan yaratdı”, - deyə məlumatda qeyd edilir.

Müəlliflər əmindirlər ki, stabilizasiya sistemləri və mütxəlif aerodinamik görünüşlərinə baxmayaraq, F-35 aydın və açıq şəkildə öz istehsalını Sovet dövrünün təyyarələrinə borcludur.

“Əminliklə demək olar ki, F-35-in şaquli şəkildə qalxması və enməsi Sovet köklərinə malikdir və bu, F-35 “Joint Strike Fighter”də istifadə olunub”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Yak-141  


Bizi "telegram"da izləyin