Rusiya SQ ən iri PUA ilə təchiz ediləcək

2018/04/received_1164653783677568_1524937233.jpeg
Oxunub: 2852     01:37     29 Aprel 2018    
Yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələrinin döyüş növbətçiliyinə “Forpost” PUA-sının rus variantı daxil olacaq.

Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr bildirib.

Öncə bu PUA-lar İsrailin “Searcher 2” PUA-ları əsasında hazırlanırdı. Daha sonra tərkibi Rusiya istehsalı olan elementlərlə zənginləşdirdi.

PUA-lar haqqında hələlik heç bir məlumat yoxdur və onların orduya nə vaxt veriləcəyi bilinmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Forpost  


Bizi "telegram"da izləyin