Britaniyada 17 ölkənin iştirak etdiyi böyük hərbi təlimlər keçirilir

2018/04/received_1164652787011001_1524936103.jpeg
Oxunub: 2064     01:18     29 Aprel 2018    
Britaniyanın “Faslane” dəniz bazasında 17 ölkənin silahlı qüvvələrindən olan ümumilikdə 11600 nəfərin iştirakı nəzərdə tutulan nəhəng hərbi təlimlər keçirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Joint Warrior” adlı təlimlər iki ildən bir olaraq baş tutur.

İki həftə davam edən təlimlər mayın dördünə qədər davam edəcək. Təlimlərdə Norveç, Danimarka, Estoniya və Birləşmiş Ştatlardan da qüvvələr iştirak edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Hərbi-təlim  


Bizi "telegram"da izləyin