Ordu.az “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, imzalanan müqavilələr Şimali Afrika ölkəsinin hava limanlarında təhlükəsizliyə nəzarət, o cümlədən Liviyada ədalət məhkəməsi və regional təhlükəsizlik məsələlərində ABŞ-la əməkdaşlığı nəzərdə tutur.
O cümlədən tərəflər arasında müdafiə sahəsində təhlükəsizlik çərçivəsində bir sıra önəmli məlumatların mübadiləsinin həyata keçirilməsi də imzalanan müqavilələrdə nəzərə tutulub.
Ağalar Qəribov
Ordu.az