Köhnə binadakı son görüşü işarə etmək məqsədilə Stoltenberqin 1963-cü ildə İslandiya hökuməti tərəfindən NATO-ya bağışlanmış toxmaqdan istifadə etməsi gözlənilir. O, 1980-ci illərə qədər Şuranın xüsusi görüşlərində istifaə olunub, lakin sonralar unudulub. Son olaraq bugünkü görüşün hazırlıqları zamanı yenidən gündəmə gəlib.
Dəyirmi masada danışıq
NATO-nun danışıqlarındakı mövzu - Rusiya, Rusiya, Rusiya və onun “təhlükəli davranışları. Müzakirələr Salisburidəki agentə hücum və buna qərbin diplomatik reaksiyasından tutmuş, Rusiyanın Suriyadakı roluna qədər məslələri əhatə edəcək. Günün ikinci yarısında nazirlər NATO-nun Ukrayna və Gürcüstana qarşı sözdə açıq-qapı siyasətini müzakirə edərkən yenidən Rusiya gündəmə gələcək. Bu ölkələr, həmçinin Bosniya-Herseqovina, yaxud Makedoniya ilə bağlı heç bir xəbər gözlənilmir.
Bir dəqiqə gözləyin
Sonuncu üçün sənədləşmə işi hazırdır. Ölkənin adı ilə bağlı ortaq məxrəcə gəlinsə, xüsusi bir qərar alına bilər. Bəzi diplomatlar “Politicio”ya bildirib ki, Makedoniyanın Yunanıstanla yaşanan ad mübahisəsi ölkənin alyansa qoşulmasının qarşısındakı yeganə praktiki problemdir.
Digər məsələlər
Yaxın Şərqdə vəziyyət, Suriya, İran müqaviləsi və NATO-nun İraqdakı təlim missiyasının genişləndirilməsi planları; Aİ-NATO birgə mövcudluğu (və ya əməkdaşlığı); və ABŞ prezidenti Donald Trampın qaldırdığı məsələ - “hesabı kim ödəyəcək?” sualı.
ABŞ Dövlət Katibi Mayk Pompeo
ABŞ Dövlət Departamentinin bəyanatında, onun bu gün Brsseldə olacağı deyilib. ABŞ Senatı onun vəzifəyə təyin olunmasını təyyarəsi qalxmazdan dəqiqələr əvvəl təsdiqlədi. Pompeo burada daha iki yeni təyin olunmuş Xarici İşlər naziri ilə görüşəcək: Almaniyadan Heyko Maas və Niderlanddan Stef Blok.
Unutmaq olmaz
Bir rəsmi tərəfindən “iaşə dünyasının kanalizasiyası” adlandırılan NATO-nun məşhur yeməkxanası. Əlbəttə küçənin əks tərəfindəki yeni yemək xidməti də əvvəlki ilə eynidir və üstəlik daha baha qiymətlər təklif edir.
Merkelin Tramp Problemi
Tramp bu gün nahar yeməyində Almaniya kansleri Angela Merkellə görüşəcək. “Politico”nun müxbiri Matteyu Karnitsçniq həftə ərzində ikinci Avropalının Vaşinqtona səfəri və MerkelinTramp problemi haqqında bütün bilməli olduqlarımızı çatdırıb...
Ticarət
Gözləntiləri idarə etməyə çalışan Almaniya hökuməti dünən Trampın Avropa İttifaqının polad və aluminium tarifləri ilə bağlı imtiyazlarını uzatmayacağını düşündüyünü bəyan edib. Merkelin səyahətindən öncə jurnalistlərlə danışan hökumət rəsmisi mayın birindən etibarən tariflərlə üzləşə biləcəklərini bildirib. Trampın iqtisadi məsləhətçisi Larri Kudlou ABŞ-ın Avropadan güzəştlər istədiyini qeyd edib. Onun sözlərinə görə, bu güzəştlər, məsələn, Amerika maşınlarının idxalı üçün daha aşağı gömrük rüsumları ola bilər.
İran
Avropa və xüsusilə Merkel İranın regiondakı davranışı və digər həzm olunan hissələr parçalar kimi problemləri bölüşdürməyi xoşlayır. Aİ sazişin İranın nüvə ambisiyalarını əhatə etdiyi üçün nə bahasına olursa-olsun qüvvədə saxlamağı istəyir.
Rusiya
Trampın təzəlikcə Rusiyadan Almaniyaya gedən və Şərqi Avropanı narahat edən Şimal Axını 2 qaz boru xəttində maraqlı olduğu sezilir. Niyə? Kim bilə bilər. Lakin onu tənqid etmək ABŞ-a bir qəpik belə zərər verməz.
Nəhayət!
ABŞ-ın Almaniyada artıq səfiri var: Riçard Qrenell
Makronun Tramp tapmacası
Nikolas Vinokur Emmanuel Makronun Vaşinqtonu Trampın “fransız iti” yoxsa, bacarıqlı bir siyasətçi kimi tərk etdiyi barəsində düşünür. Son nəticəyə gəlinməyib, amma o bildirir ki, səfər zamanı Tramp incə şəkildə Makronu kiçik əşyası və ya sevimli oyuncağı edib.
Ağalar Ağalarlı
Ordu.az