Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran admiralı Əli Fədavi bəyan edib.
O qeyd edib ki, ABŞ özünün nüvə müqaviləsinə mövqeyi ilə dünyada yeni böhran vəziyyəti yaratmaq və bundan faydalanmaq istəyir.
“Amerikalılar İran haqqında çox məhdud məlumatlara malikdirlər, lakin əgər ABŞ nüvə müqaviləsindən çıxmağa cəhd etsə, tanımaq üçün çox gec olacaq”, - deyə Fədavi açıqlayıb.
Ağalar Qəribov
Ordu.az