Ordu.az Aif.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.
“ABŞ, Böyük Britaniya və Fransanın fəaliyyəti beynəlxalq hüquq normalarının sərt şəkildə pozulması və suveren dövlətə əsassız hücumdan başqa bir şey deyil”, - deyə Kosaçyev bildirib.
O qeyd edib ki, hücumun məqsədinin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Duma şəhərində bu gün başlayacaq analizinin qarşısının alınmasından ibarət olduğuna əmindir.
Ağalar Qəribov
Ordu.az