Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu hücumun Suriyada kimyəvi silahdan istifadəni azaldacağını bildirib.
“Bu, rejimin Suriya xalqına qarşı kimyəvi silahlar vasitəsilə hücum qabiliyyətini azaldacaq”, - deyə Stoltenberq vurğulayıb.
“NATO davamlı olaraq Suriyanın kimyəvi silahlardan istifadəsini qınayıb və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Kimyəvi silahlardan istifadə qəbuledilməzdir və bunda məsuliyyət daşıyanlar cavab verməlidir”, - deyə o əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az