Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qərbin Suriyaya qarşı üçqat aqressiyasının səbəbi Suriya ordusunun terrorizmlə mübarizədə uğurlar qazanması və Suriyanın parçalanmasına dair ssenarinin uğursuzlluğa düçar olmasıdır.
“Suriya ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı üçqat aqressiyasını ən qətiyyətli şəkildə mühakimə edir. Bu, beynəlxalq hüququn, BMT nizamnaməsi və prinsiplərinin sərt şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyəti Qərb koalisiyasının bu aqressiyasını mühakimə etməyə səsləyirik”, - deyə məlumatda qeyd olunur.
Ağalar Qəribov
Ordu.az