Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş naziri Tereza Mey bəyan edib.
“Silahlı Qüvvələri Suriyada kimyəvi silah istehsalı və onun təkrar istifadəsi ilə əlaqəli obyektlərin məhvi ilə bağlı səlahiyyətləndirdim”, - deyə Mey bildirib.
Onun sözlərinə görə, Fransanın Suriyaya zərbələr endirməsinin məqsədi ölkənin kimyəvi silahdan təkrar istifadəsinin, həmçinin onun istehsalı və araşdırılmasının qarşısı almaqdan ibarətdir.
“Biz dəfələrlə Suriya və Rusiya ilə bu məsələylə əlaqədar olaraq razılığa gəlməyə çalışdıq, lakin bütün cəhdlərimiz nəticəsiz qaldı”, - deyə Britaniya baş naziri açıqlayıb.
Ağalar Qəribov
Ordu.az