Ordu.az “Russia Today” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən buraxılan qanadlı raketlərdən eç biri Rusiyanın Tartus və Hmeymimdəki obyektlərini qoruyan hava hücumundan müdafiə komplekslərinin məsuliyyət zonasına təsadüf etməyib”, - deyə məlumatda bildirilir.
Həmçinin Qərb koalisiyasının endirdiyi zərbələrin Suriyanın hərbi və vətəndaş infrastrukturlarına endirildiyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az