ABŞ və müttəfiqləri Suriyaya hücumu başladıb - YENILƏNİB (VİDEO)
Oxunub: 2502
13:09
14 Aprel 2018
ABŞ, Britaniya və Fransa bu gün səhər saatlarından etibarən Suriyanın kimyəvi silah təsisatlarının bombalanmasına başlayıb.
Ordu.az BBC-ə istinadən xəbər verir ki, hücumun səbəbi kimi ötən həftə Dumada hökumətin kimyəvi silahdan istifadə etməsi göstərilir.
Pentaqonun məlumatına görə, zərbələr paytaxt Dəməşq və Xüms şəhərindəki iki hədəfə endirilir.
“Fransa və Birləşmiş Krallığın silahlı qüvvələri ilə birgə əməliyyat artıq başlayıb”, - deyə ABŞ vaxtı ilə 21:00-da Ağ Evdən xalqa müraciət ünvanlayan president Donald Tramp bildirib.
Trampın elanından sonra Pentaqondan general Cozef Danford üç əsas vurulan hədəfləri açıqlayıb:
- Dəməşqdəki elmi tədqiqat mərkəzi. Burada kimyəvi və bioloji silahların istehsal edildiyi iddia olunur.
- Xümsün qərbində kimyəvi silah depose
- Xüms yaxınlığında yerləşən kimyəvi silah-sürsat depose və əhəmiyyətli komanda postu
Suriya dövlət televiziyasının verdiyi məlumata görə, hökumət qüvvələri 15-ə yaxın raketi zərərsizləşdirib. Televiziya sadəcə Dəməşqdəki tədqiqat mərkəzinin zərər gördüyünü iddia edib.