Qarabağda ermənistanlı əsgərlər zorakılığa məruz qalır

2018/04/received_2470902973135856_1518202158_1523288689.jpeg
Oxunub: 1566     02:51     10 Aprel 2018    
Qarabağda mübahisə zəminində daha iki ermənistanlı əsgər döyülüb.

Ordu.az xəbər verir ki, bu il aprel ayının əvvəllərində hərbi hissədə xidmət edən övladlarını görməyə gələn iki ermənistanlı valideyn oğullarının mübahisə zəminində amansızcasına döyülərək zorakılığa məruz qaldıqları barədə hərbi istintaq orqanlarına müraciət ediblər.

İşğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Hrant Manqasaryan və Aşot Hakopyan da öz izahatlarında daim zabitlər tərəfindən zorakılğa məruz qaldıqlarını və etiraz etdikdə isə döyüldüklərini etiraf ediblər.

Hər iki əsgərin döyülməsi faktı ilə bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ   zorakılıq  


Bizi "telegram"da izləyin