Ermənistan ordusunda daha bir ölüm hadisəsi gizlədilib

2018/04/456456_15129780823423_151472123534_1522697787_1522923395_1523288074.jpg
Oxunub: 3867     23:32     09 Aprel 2018    
Bu yaxınlarda Ermənistan ordusunda 2018-ci il ərzində baş vermiş itkilər barədə məlumat yayılıb. Sosial şəbəkələrdə aparılan araşdırmalara əsasən aydın olur ki, işğalçı ordunun rəhbərliyi son vaxtlar baş vermiş ən azı 4 ölüm faktını ictimaiyyətdən gizlədib.

Ordu.az xəbər verir ki, bu günlərdə ictimaiyyətdən gizlədilən daha bir ölüm hadisəsi ortaya çıxıb.

Məlum olub ki, işğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrindən birində Geğam Mkırtçyan adlı hərbi qulluqçu aprelin 3-də özünə xəsarət yetirib və onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün başvermə səbəbləri araşdırılsa da, hələlik rəsmi heç bir məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   itki   əsgər-ölümü  


Bizi "telegram"da izləyin