Ordu.az xəbər verir ki, düşmənin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi ilə əl atdığı təxribat cəhdi bu gün təxminən saat 13:00-14:00 radələrində qeydə alınıb.
Belə ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindəki mövqelərindən rayonun Orta Qərvənd kəndini pulemyot və minaatanlardan atəşə tutub.
Atəşə məruz qalan dinc sakinlər arasında xəsarət alan olmasa da yaşayış evinə və mal-qaraya ziyan dəyib.
Elgün Gəncimsoy, Ağdam
Ordu.az
Ordu.az