"Qarabağ məsələsində vəziyyət ciddidir. Diplomatiyanın bu münaqişəyə zəif diqqət yetirməsi 2016-cı ildə baş verdiyi kimi, ağır nəticələrə səbəb ola bilər. ABŞ-ın Qarabağ münaqişəsi zonasında fəallığının zəifləməsi xüsusi ilə nəzərə çarpır".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı ekspert Aleksandr Rar deyib.
Onun sözlərinə görə, Amerikanın çəkilməsi ilə yerində yaranacaq boşluq ciddi mənfi nəticələrə səbəb ola bilər.
"Yəqin ki, yeni dövlət katibi məsələni aydınlaşdıra bilər. Çünki Amerikanın çəkilməsi ilə yerində yaranacaq boşluq ciddi mənfi nəticələrə səbəb ola bilər və münaqişənin həlli prosesində elə ölkələrin iştirakını fəallaşdıra bilər ki, bu münaqişənin nizamlanmasında həlledici ola bilər.
Bəzi siyasətçilərin fikrincə, regionda balans bərpa olunduğuna görə müharibə ola bilməz. Əslində belə deyil, təhlükə var. Çünki tərəflər güclü bir silahlanmaya malikdirlər və bu da münaqişəni güclə həll etmək istəyi yaradır", - deyə almaniyalı ekspert bildirib.
Onun fikrincə, təəccüblənməmək üçün münaqişə zonasında baş verən daxili siyasi proseslərdən və geosiyasi münaqişələrdən asılı olmayaraq, münaqişənin nizamlanması ilə bağlı iş dayandırılmamalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: