DQ qarşıdurmasının pərdəarxası: "Qərb təyin etdiyi oyunun qaydalarını dəyişir"

2018/04/Fedr_Lukyanov45646_1520936635_1523096406.jpg
Oxunub: 2796     20:44     07 Aprel 2018    
"Qərbin Şərqə doğru təsiri keyfiyyətli nəticələrə gətirib çıxarmaqdadır. Qərb öz təyin etdiyi oyun qaydalarını dəyişdirməlidir, çünki yeni şəraitdə, keçmiş qaydalar artıq effektiv deyil, üstəlik,qaydalar elə qərar qəbul edənlərə qarşı işləyir".

Ordu.az erməni KİV-Lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert, politoloq Fyodor Lukyanov bildirib.

Onun sözlərinə görə, bütün dünyanın dəyişdiyi, ölkələrin nizamının dəyişdiyi, nüfuzlu dövlətlərin təsirinin, yer kürəsinin siyasi-iqtisadi sisteminin dəyişdiyi qlobal problem formalaşır.

"Bu öz aralarında, yəni mövcud liberal qloballaşdırılma sistemininin dəyişdirilməli olduğunu və bu sistemin özünü doğrultduğunu müdafiə edənlər arasında mübarizədir", -deyə o qeyd edib.

Onun fikrincə, bütün bunlar bu və ya digər şəkildə Ermənistana da təsir edəcək.

"Ancaq bu cür xırda ölkələr onların böyük müttəfiqləri və himayədarları toqquşduqda zərər çəkirlər. Problemlərlə əhatə olunmuş halda olmaqla, bu ölkələr çox sahədə himayədarlığa ehtiyacı olan xırda ölkələrə diqqətsizlik etməyə başlayırlar. Bütün bunlar siyasətə də, nizamlanmamış münaqişələr üçün yolverilməz olan, vasitəçilərin sanki arxa plana atdığı Dağlıq Qarabağ münaqişəsinə də aiddir", - deyə Lukyanov əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin