Pakistan Rusiyadan T-90-lar almaq niyyətindədir

2018/04/pakistan-hochet-pokupat-rossiyskie-tanki-t-90_134534_1523003527.jpg
Oxunub: 4111     16:30     06 Aprel 2018    
“Pakistan hökuməti Rusiya ilə T-90 tanklarının təchizatı üzrə uzunmüddətli müqavilənin imzalanmasında maraqlıdır”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Pakistan müdafiə naziri Hürrəm Dəstgir Xan bəyan edib.

“Biz T-90 tanklarının alınmasında maraqlıyıq və bu, bir dəfəlik alış olmayacaq, biz uzunmüddəti müqavilə imzalamaq istəyirik”, - deyə Dəstgir Xan bildirib.

Qeyd edək ki, daha öncə İslamabad Moskva isə bir sıra Rusiya istehsalı olan hərbi texnikalar, o cümlədən T-90-lar üzrə əməkdaşlıq etmək istəyidiyini bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Rusiya   T-90  


Bizi "telegram"da izləyin