İtaliyada hərbi helikopter qəzaya uğrayıb

2018/04/1477787591456_1523003049.jpg
Oxunub: 3493     16:23     06 Aprel 2018    
İtaliyada təlimlər çərçivəsində bir helikopter Aralıq dənizinə düşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələri komandanlığı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan SH-212 helikopteri “Mare Sicuro” (“Sakit dəniz”) əməliyyatında iştirak edirdi.

Helikopterin göyərtəsində 5 ekipaj üzvü var idi. Ekipaj hadisədən dərjal sonra “Borsini” gəmisinin göyərtəsinə qaldırılıb.

Hərbçilərdən biri isə sudan çıxarılarkən huşsuz idi. O, reanimasiya cəhdi nəticəsdində həlak olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin