Şoyqu: “Yeni silahlanma yarışı təhlükəsi var”

2018/04/755199122362781_thumb_medium1000_0_1523000456.jpg
Oxunub: 2424     15:39     06 Aprel 2018    
“Ölkələr arasında silahlanma yarışı hər kəs üçün təhlükəlidir”.

Ordu.az 19rus.info saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Hazırda dünya sınma mərhələsində keçir, dövlətlər arasında qarşılıqlı münasibətlər dəyişikliyə uğrayır və bir çox hallarda üstünlük problemlərin güc yolu ilə həllinə verilir”, - deyə Şoyqu bildirib.

O qeyd edib ki, hazırda da yeni silahlanma yarışının başladılması üzrə cəhdlər edilir.

“Hal-hazırda dünyada yeni silahlanma yarışının yaradılmasına çalışılır. Rusiyanın bu yarışa daxil ediməsi üçün mümkün hər şey edilir, lakin Moskva yeni silahlanma yarışında iştirak etməyəcək”, - deyə Şoyqu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Silahlanma-yarışı  


Bizi "telegram"da izləyin