Seneqal 4 ədəd L39NG təyyarəsi sifariş verib

2018/04/1422_1522992670.jpg
Oxunub: 3457     13:28     06 Aprel 2018    
“Seneqal və Çexiyanın “Aero Vodochody Aerospace” şirkəti arasında L-39NG təlim-döyüş təyyarələrinin təchizatı üzrə müqavilə imzalanıb”.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Seneqal prezidenti Maki Sall bəyan edib.

“Ordu üçün təyyarələrin alınması Seneqalın müstəqilliyinin 58 illiyi ilə əlaqədardır. İlkin müqavilə ilə 4 ədəd yeni təyyarə əldə edəcəyik”, - deyə Sall bildirib.

Qeyd edək ki, bu, “Aero Vodochody Aerospace” şirkətinin L-39NG təyyarələrinə dair ilk müqaviləsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seneqal   L-39NG  


Bizi "telegram"da izləyin