Heyli: “ABŞ Suriyadan çıxmaq niyyətində deyil”

2018/04/1421_1522991829.jpg
Oxunub: 3028     13:14     06 Aprel 2018    
“Vaşinqton yaxın zamanlarda qoşunları Suriyadan çıxarmağı planlaşdırmır, ABŞ-da bu barədə qərar yalnız İŞİD terror təşkilatının məhvindən sonra qəbul ediləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

O, bu barədə Şimali Karolina ştatında yerləşən Dyuka Universitetində çıxşı zamanı ABŞ prezidenti Donald Trampın hərbi kontingenti çıxarmaq barədə qərarını şərh edərkən bildirib.

“Tramp İŞİD-in məğlub edilməsinin hər zaman bizim prioritetimiz olduğunu deyir. O, İŞİD-ə qalib gələndə çıxacağımızı bildirmir. O deyir ki, biz müttəfiqlərimiz və dostlarımızla işləyərək bundan sonra nə edəcəyimizə qərar verəcəyik”, - deyə Heyli vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin