Ukraynada partlayış: 3 əsgər yaralanıb

2018/04/54184151_1522923816.png
Oxunub: 2439     18:22     05 Aprel 2018    
Ukraynanın 17-ci tank briqadasının təlim poliqonu olan Kryvyi Rihdə naməlum obyektin partlaması nəticəsində 3 əsgər yaralanıb.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, poliqonda Ukrayna Milli Qvardiyasının bölükləri təlim keçərkən naməlum obyekt partlayıb. Nəticədə 3 əsgər yaralanıb. onların vəziyyətinə dair məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Partlayış  


Bizi "telegram"da izləyin