Ordu.az “The Verge” nəşrinə istinadən xəbər verir ki, şirkət işçiləri bu barədə məkltublarla şirkət rəhbəri Sundara Piçaiyə müraciət ediblər.
“Project Maven” proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində “Google” şirkəti PUA-lar vasitəsilə əldə edilən təsvirlərin analizi üçün alqoritmlər hazırlamalıdır.
“Müharibə ətrafında qurulan biznesə “Google” şirkətinin cəlb edilməsi düzgün deyil”, - deyə şirkət əməkdaşları bildirirlər.
Şirkət rəhbərliyi öz növbəsində yaradılacaq alqoritmlərin insanlara qarşı tətbiq edilməyəcəyini bildirsə də, əməkdaşlar buna inanmırlar.
Ağalar Qəribov
Ordu.az