Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin administrasiyasından olan mənbələr məlumat verib.
Məlumata görə, artıq Ağ Ev Suriyadan çıxmağa hazırlaşır. Bu səbəbdə Suriyadakı müttəfiqlərlə bundan sonra onların fəaliyyət planı və Vaşinqtonun maraqlarına necə xidmət edəcəyi dəqiqləşdirilir.
Hazırda ABŞ qoşunlarının Suriyadan çıxarılacağı tarixlər dəqiqləşdirilir. Bir sıra mənbələr iddia edirlər ki, Donald Tramp bunu qarşıdakı yarım il ərzində həyata keçirmək istəyir.
Ağalar Qəribov
Ordu.az