Ordu.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə dövlət başçılarının İran prezidenti Həsən Ruhaninin saytına məlumat yerləşdirilən birgə bəyanatında qeyd edilir.
“Növbəti sammtin prezident Həsən Ruhaninin təklifi üzrə İran İslam Respublikasında keçirilməsi barədə qərar verilib”, - deyə bəyanatda bildirilir.
Üç ölkə liderləri həmçinin Astana formatının Suriyada zorakılığın azaldılmasına yardım göstərən yeganə effektiv beynəlxalq təşəbbüs olduğunu vurğulayıb, ölkələrin bundan sonra da Suriyada siyasi prosesin bərpası üzrə əməkdaşlığı davam etdirəcəklərini qeyd ediblər.
Ağalar Qəribov
Ordu.az