Sabiq erməni nazirdən etiraf: “KTMT Qarabağ münaqişəsinə qarışmaq səlahiyyətinə malik deyil”

2018/04/4999692568_1522841756.jpg
Oxunub: 2351     19:33     04 Aprel 2018    
“Erməni cəmiyyətində KTMT-nin rolunu çox vaxt yanlış anlayırlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Harutyunyan bəyan edib.

O xatırladıb ki, KTMT Qarabağ münaqişəsinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

“KTMT münaqişəyə yalnız Ermənistana qarşı birbaşa aqressiya olduqda və ya Ermənistan bu barədə sorğu göndərdikdə qoşula bilər”, - deyə Arutyunyan bildirib.

Keçmiş nazirin sözlərinə görə, KTMT-ni təqsirləndirmək NATO-nu müdaxilə etməməkdə günahlandırmaq kimi bir şeydir.

“Elə bu dərəcəli uğurla bizim sülhməramlı missiyalarda da iştirak etdiyimizi, lakin onların buna müdaxilə etmədiyini diqqətə çatdırmaq olar”, - deyə Arutyunyan vurğulayıb

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Qarabağ  


Bizi "telegram"da izləyin