Döyüş gecəsi: Düşmən yaşayış məntəqələrimizi hədəfə alır

2018/04/111_1522832018.jpg
Oxunub: 1884     17:01     04 Aprel 2018    
Serj Sarkisyan sədrliyi ilə Nazirlər Kabinetinin xüsusi iclası keçirilir. Sarkisyan nazirlərindən son vəziyyət ilə bağlı məlumat aldı. Cari məsələlər bitdikdən sonra sözə başladı:

– Siyasi cəhətdən əlverişli şərait yaradılıb. Yuxarı dairələrlə danışmışam. Belə fürsət bir də ələ keçməz. Mütləq vaxt itirmədən Azərbaycan tərəfinə hücuma keçməliyik. Bu fürsətdən yaxşı istifadə etsək, həm Azərbaycan tərəfinə ciddi zərbələr endirə, bəxtimiz gətirsə, hələ əlavə torpaq da ala bilərik.

Ermənistan müdafiə naziri Seyran Ohanyan cəld yerindən sıçradı.

– Bəli, cənab prezident.

– Bu məsələləri sənə tapşırıram. Qısa vaxtda hücum planı hazırlamalısan. Ancaq planı ən xırda detalına qədər nəzərdən keçirin. Çalışın tez bir zamanda düşmən qarşısında böyük üstünlük əldə edə bilək. Detalları daha ətraflı müzakirə edərik. Məlumat məxfi şəkildə saxlanılmalı və heç kimə ötürülməməlidir.

– Oldu, cənab prezident.

Aprel ayının 1-i günortadan Ermənistan ordusu cəbhənin Seysulan, Lələ təpə, Cocuq Mərcanlı istiqamətinə ağır texnikalarını yeritməyə başlamışdı. Cəbhədəki ümumi iş polkovnik-leytenant Roman Poqosyana tapşırılıb. O, qərargah heyəti ilə birlikdə dəfələrlə üzərində işlənmiş planı nəzərdən keçirir, texnikaların lazımi yerlərə yerləşdirilməsi üçün göstərişlərini verirdi. O, mayor Torosyanı yanına çağırtdırdı. Çox keçmədi ki, Torosyan qapıda göründü. Hərbi salam verib içəri keçdi. Poqosyan qaşlarını çatıb dedi:

– Yoldaş Torosyan, tapşırıqlar yerinə yetirilibmi?

– Son tamamlama işi aparılır.

– Gecə saatlarında işə başlayacayıq. Heç bir problem istəmirəm.

– Cənab polkovnik, bəlkə hücumu səhərə saxlayaq? Nə də olmasa gün işığında hərəkət etmək daha rahat olar.

– Bizə rahat olmaz, düşmənə olar. Onlara qəfil hücum edib, hazırlıqsız tutmaq lazımdır. Yoxsa işimiz çox çətin olacaq.

– Başa düşdüm, cənab polkovnik.

Gecə saat irəliləyirdi. Polkovnik-leytenant Roman Poqosyan cəbhə xəttində dayanıb, ətrafa göz gəzdirir. Rabitə ilə birbaşa müdafiə nazirliyi ilə əlaqə saxladı.

– Cənab general, tapşırıqlarınız yerinə yetirilib. Hücum üçün əmriniz gözləyirik.

Rabitənin o biri tərəfindən səs gəldi:

– Plan bütün detalları ilə həyata keçirilibmi? Hərbi texnika göstərilən yerlərə yerləşdirilibmi?

– Bəli, cənab general.

– Son dəfə yoxlanış edib, hücuma keçin.

– Oldu, cənab general.

Poqosyan barmaqlarını ovucunda sıxdı. Dərindən nəfəs alıb, qışqırdı:

– Atəş.

***

Alov gecənin qaranlığını yarıb göydə guruldadı. İslam Əliyev yatdığı yerdən səksəndi. Cəld yatağından durdu. Həyat yoldaşı Fatimə Əliyevanı oyatdı. Tez o, biri otağa tərəf qaçdı. Uşaqları qucağına alıb, işıq yandırmadan zirzəmiyə düşdü. Uşaqları zirzəmidə yerləşdirdi. Fatimə onun getmək istədiyini görüb qarşısını kəsdi:

– Hara gedirsən? Bizi başsız buraxma, yalvarıram sənə.

– Narahat olma, burada dayanın, gələcəm. Görüm nə baş verir.

– Qurban olaram, getmə. Uşaqlar sənsiz qorxacaqlar.

– Narahat olma, qəti narahat olma, gələcəyəm. Görüm, qonşulardan kimə nə kömək lazımdır? Dar gündə onları tək buraxmaq olmaz.

İslam Əliyev qaranlıqda çölə çıxdı. Göz-gözü görmürdü. Ard-arda partlayan mərmilər göy üzünü işıqlandırırdı. Nəfəsini dərib, aranın sakitləşməyini gözlədi. Ancaq düşmən artireliyası tövşümək bilmirdi, elə hey, dayanmadan atırdı. İslam Əliyev vəziyyətin belə olduğunu görüb, qonşu evə tərəf qaçmağa başladı. Mərmilər göydə şimşək kimi çaxır, qəlpələr ətrafına tökülürdü. Əyilə-əyilə irəliləyirdi. Çəpəri adlayıb, qonşu həyətinə keçdi. Qonşunu səsləməyə başladı, ancaq səs çıxmırdı. Bir neçə dəfə səsləsə də cavab gəlmədi. İslam irəli atılmaq istəyirdi ki, böyük bir mərmi qonşusunun evinin düz üstünə düşdü. İslam tez özünü çəpərə tərəf atdı. Ev darmadağın olmuşdu, toz-torpağın içindən çıxan İslamın gözlərinə inanmadı. Bir ailə məhv olmuşdu. Onları xilas edə bilməmişdi. Çəpərə söykənib ağlamağa başladı...

***

Əks tərəfdə baş verən hərəkətliliyi izləyən polkovnik Qurbanov durbinini kənara çəkib əmr verməyə başladı:

– Hamı mövqeyində möhkəmlənsin.

Dayanmadan nazirlikdən zənglər gəlirdi. Ermənilər cəbhənin bir neçə istiqamətində – Tərtər, Goranboy, Horadiz istiqamətində hücuma keçmişdilər. Zaman ötür düşmən hücumu dayanmaq bilmirdi. Ağır artilleriyalar təkcə hərbi bazaları yox, həmçinin dinc sakinlərin yaşadığı kəndləri vurmağa başlamışdı.

Səhərə yaxın nazirlikdən pis xəbərlər gəlirdi. Qurbanov özünə yer tapa bilmirdi. Eşitdiyi xəbərdən sarsılmışdı. Ermənilər Birinci Qarabağ müharibəsində etdiklərini təkrarlayırdılar. Yenə dinc sakinləri qətlə yetirməkdən çəkinmiridlər. Gələn məlumatlarda iki dinc sakinin ölməyi ilə bağlı xəbərlər var idi. Qurbanov gələn xəbərləri bölüşmək üçün mayor Vəliyevi yanına çağırdı:

– Vəliyev, son xəbərlərdən yəqin ki, məlumatın var.

– Bəli, cənab polkovnik. Bəs biz niyə hücuma keçmirik? Bu əclafların etdikləri yanlarına qalacaq? Belə olmaz axı.

– Səbrli ol, Vəliyev. Hər şeyin öz zamanı var. Onları peşman edəcəyik. Sadəcə hər şeyin öz vaxtı var.

– Nə vaxt axı, nə vaxt?

– Vəliyev, biz uşaqları boş yerə qırğına göndərə bilmərik. Belə hücuma keçsək, itkimiz çox olacaq. Bu əclafları yerinə oturtduracayıq. Əlavə qüvvələr artıq yoldadırlar. Bir saata qalmaz bura çatarlar. Onda gör bu dığalar girməyə deşik axtarırlar ya yox?

– Təki, təki, elə olsun, cənab polkovnik.

Bir neçə saat sonra, Azərbaycan hərbi qüvvələri artıq cəbhə bölgəsində tam cəmlənmişdi. Baş verənlər birbaşa Ali baş komandan İlham Əliyevin nəzarətində idi. İlham Əliyev birbaşa göstəriş vermiş, düşmən təxribatının qarşısının almağı tapşırmışdı.

Ordu bir göz qırpımında erməni tərəfini cavab atəşi verməyə başladı. Çox keçmədi ki, üstünlük dəyişməyə başladı. Ermənistan cəbhəsində vəziyyət getdikcə gərginləşirdi. Azərbaycan ordusunun yaylım atəşi nəticəsində düşmən postları darmadağın edilirdi. Artıq bir neçə saat ərzində Azərbaycan tərəfi düşmənin hücumunun qarşısını almışdı. Düşmən qəfil hücumdan, müdafiəyə keçməyə məcbur qalmışdı.

Polkovnik-leytenant Roman Poqosyan hadisələrin ciddiliyini dərk edirdi. Baş verənləri anbaan nazirliyə çatdırırdı. Vəziyyət gözlədiklərinin əksinə baş verirdi. Elə ilk gündəcə düşmənin güclü cavabı ilə qarşılaşmışdılar. Poqosyan tezliklə müdaxilə edilməzsə, işlərinin daha da çətin olacağını bilirdi. Nazirlikdən tezliklə atəşkəsin təmin edilməsini xahiş edirdi. Çarəsizcə var-gəl edir, nazirlikdən cavab gözləyirdi...

Emin Piri
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin