Ermənistanda PUA operatorlarının hazırlanması üzrə şöbə yaradılıb

2018/04/X-55457_1522830857.jpg
Oxunub: 4059     16:51     04 Aprel 2018    
Ermənistanın Armenak Hamperyants adına Hərbi Aviasiya İnstitutunda PUA operatorlarının hazırlanması üzrə şöbə yaradılıb və hazırda fəaliyyət göstərməkdədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə institut rəisi general-mayor Daniel Balayan məlumat verib.

Onun sözlərinə görə, mütəxəssislər stasionar şəraitdə hazırlanır, birinci kursa qəbul aparılıb və hazırda kursantlar artıq bu sahə üzrə təhsil alırlar. Lakin o, sözügedən şöbədə neçə kursantın oxuduğu barədə açıqlama verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA  


Bizi "telegram"da izləyin