Ermənistanda növbəti “fokus”: komissarlıqdan gizli şəkildə silah-sursat yoxa çıxıb

2018/04/1334_1522755685.jpg
Oxunub: 4222     19:51     03 Aprel 2018    
Ermənistanın Şirak vilayətinin Aşotsk hərbi komissarlığında növbəti utancverici və sirli hadisə baş verib.

Ordu.az News.am saytına istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, komissarlıqdan iki ədəd avtomat və 48 ədəd güllə naməlum şəkildə yoxa çıxıb.

“Hadisə növbətçilərin dəyişməsi zamanı baş verib. Növbəni qəbul edən hərbçi boşluğu görərək hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hazırda hərbi komissarlıqda nə baş verdiyini aydınlaşdırmaq üçün sorğu aparılır. Hərbi komissarlığın əməkdaşlarının, növbədə olan hərbçiərin əminliklə bütün bunlar barədə məlumatsız olduqlarını iddia etməsi bəlli olub. Şərhlərin ardından Aşotsk hərbi komissarı Levon Karapetyan şok vəziyyətində olduğunu bildirib. “Mən baş verənin detalları barədə məlumatsızam. İnanın, mən heç nə gizlətmirəm, sadəcə olaraq bu, mənim səlahiyyətlərimin çərçivəsindən kənardır”, - deyə Karapetyan bildirib”, - deyə nəşr qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aşotsk-komissarlığı  


Bizi "telegram"da izləyin