Göygöldə üç raket aşkar edilib

2018/04/1298_1522678031.jpg
Oxunub: 3419     22:04     02 Aprel 2018    
Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib.

Nəticədə 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göygöl   ANAMA   Qumbaraatan  


Bizi "telegram"da izləyin