ABŞ-nin axtardığı Raul Kastro Havanada keçirilən tədbirdə iştirak edib

2026/05/1780031640.jpg
Oxunub: 235     08:24     06 İyun 2026    
Kubanın keçmiş lideri Raul Kastro Havanada Daxili İşlər Nazirliyinin keçirdiyi mərasimdə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Kuba dövlət televiziyası məlumat yayıb.

Bu, 95 yaşlı siyasətçinin ABŞ administrasiyasının onu 1996-cı il hadisələrinə görə ötən ay ittiham etməsindən bəri ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır.

Qeyd edək ki, Vaşinqton bildirib ki, Kubanın o vaxtkı müdafiə naziri Kastro, insanların ölümünə səbəb olan Kuba sürgün təşkilatına məxsus təyyarələrin ələ keçirilməsi və məhv edilməsi əmrini verib.

Raul Kastronun sonuncu dəfə ictimaiyyət qarşısına çıxması may ayının əvvəlində, Havanada keçirilən 1 May şənlikləri zamanı baş tutmuşdu. Bundan əvvəl o, yanvar ayında paytaxtda Kuba hərbçilərinin xatirə mərasimində görünmüşdü. Hazırda Kuba hakimiyyəti ABŞ-ın ittihamları ilə bağlı heç bir şərh vermir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raul-Kastro   ABŞ   Havana  


Bizi "telegram"da izləyin