Ordu.az xəbər verir ki, news.am saytı aprel döyüşlərində məhv edilən Kotayk vilayətinin Bcni kənd sakini Karen Nersisyanla bağlı onun əmisi qızı Lusine Nersisyanı danışdırıb.
Lusine Nersisyan, aprel döyüşlərində ordumuzun həmlələrini xatırlayaraq, əmisi oğlunun xidmət etdiyi postda ölü sayının çox olduğunu qeyd edib.
"Əmim oğlu Cəbrayıl rayonunda yerləşən hərbi hissələrindən birində xidmət edib. Hadrutdakı hərbi hissədə çavuş kurslarını bitirərək, çavuş rütbəsində xidmətini davam etdirirdi. 9 ay xidmət etdikdən sonra aprel döyüşlərində iştirak etdi. Aprelin 2-də döyüşdə ölən əmim oğlu barədə məlumat valideynlərinə aprelin 4-də məlumat verilib.
Hərbi hissə komandanlığı onlara bildirib ki, ön xətt mövqelərinə yaxınlaşa bilmirlər, ölü sayı çoxdur. Karen xidmət edən postun başçısı Adam Sahakyan komandanlıqla rabitə əlaqəsinə çıxaraq, postda ondan başqa hamının öldüyünü bildirib. Daha sonra Adam Sahakyan da öldü", - deyə Lusine açıqlama verib.
Alpər Mövludoğlu
Ordu.az