Ordu.az “Sana” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
“Suriya ordusu Eyn-Terma və Harəstə şəhərlərində nəzarəti bərpa edib, Coubar və İrbin şəhərlərində terrorçuların müqaviməti sonlanıb. Yalnız Duma şəhərində nəzarət hələ də terrorçuların əlindədir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Suriya ordusu Harəstə şəhərinə daxil olmazdan öncə dinc əhalinin oranı tərk etməsi üçün təhlükəsiz dəhlizlər yaradıb.
Ağalar Qəribov
Ordu.az