Rusiya Kurskda kimyəvi müharibə təlimlərinə başlayıb

2018/03/123_1521796293.jpg
Oxunub: 1795     18:30     23 Mart 2018    
Rusiya ordusunun radiasiya, kimyəvi və bioloji müdafiə korpusunun əsgərləri Kurs vilayətinin Marşal Zukov poliqonunda təlimlərə qoşulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlim zamanı terrorçuların infrastruktur və komandanlıq postunun vurulması simulyasiya edilib.

Bu zaman OTR-21 taktiki ballistik raketindən istifadə edilib. Raket termal tüstü ilə gizlədilib. Radiasiya, kimyəvi və bioloji müdafiə korpusunun əsgərləri isə zəhərləndirilmiş ərazilərdə axtarış əməliyyatları həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Radiasiya   təlim  


Bizi "telegram"da izləyin