ABŞ Polşaya "Patriot" raketləri satacaq

2018/03/patriot-missile-launch-1602379-1170x610_1521793017.jpg
Oxunub: 2827     16:18     23 Mart 2018    
Birləşmiş Ştatlar və Polşa arasında gələn həftə "Patriot" raketlərin satışına dair razılığa varacağı iddia edilir.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə 3 fərqli mənbə agentliyə məlumat verib.

Agentlik bildirir ki, Polşa Müdafiə Nazirliyinə yaxın olan bu mənbələr satışa dair razılaşmanın martın 28-də imzalanacağın söyləyib.

Lakin Polşa Müdafiə Nazirliyinə məsələ ilə bağlı göndərilən sorğu isə hələlik cavabsız qalıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ   Patriot  


Bizi "telegram"da izləyin