Hindistan və Fransa birgə dəniz təlimləri keçirir

2018/03/2598International-fleet_1521707686.jpg
Oxunub: 2102     19:29     22 Mart 2018    
Hindistan və Fransa donanmaları kod adı "Varuna-18" olan ənənəvi birgə dəniz təlimlərinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlərin məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin sualtı gəmi əleyhinə döyüş qabiliyyətini və havadan müdafiəsini möhkəmləndirməkdir.

Qeyd edək ki, 2001-ci ildən etibarən keçirilən təlimlər bu il 15-ci dəfə həyata keçirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Varuna-18   Təlimlər  


Bizi "telegram"da izləyin