Ordu.az -ın "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı K.Musəvi Türkiyə baş nazirini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
O, ayağını və gözünü itirsə də, əzmindən heç nə itirmədiyini bildirərək "ayaqsız, gözsüz yaşamaq olar, amma vətənsiz əsla" ifadələrini dilə gətirib.
"Bu eşq olduğu müddətcə bizə heç kim heç nə edə bilməz", - deyə Musəvinin fikirlərindən təsirlənən Binəli Yıldırım söyləyib.
Qarabağ qazisi Afrinə getmək istəyini diqqətə çatdırıb. Musəviyə cavabında baş naziri bildirib ki, “Qardaşların, Afrində dastan yazır".
Musəvi Afrin əməliyyatına dəstək məqsədli video hazırladığını xatırlatmasından sonra Binəli Yıldırım "inşallah Qarabağ da bir gün azad olunar” sözlərini dilə gətirib.
Görüş zamanı B.Yıldırım Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından ibarət plaket hədiyyə edib.
Ordu.az