Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü qeyd olunub - FOTOLAR

2018/03/photo_20180306094408_1520331017_1520338250.jpg
Oxunub: 3299     18:08     06 Mart 2018    
2018-ci il martın 3-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Dövlət himni oxunduqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkvnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Əsgər Xəlilov müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respub­lika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizə­sinin ən müasir standartlar səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunul­mazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu xüsusi qeyd edib.

Respublikamızın şimal-qərb sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrakstrukturuna malik olmayan Zaqatala sərhəd dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədi­nin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etməsi vurğulanıb.

Azərbaycan Respublikasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsinin inkişafı məsələlərinə xüsusi diqqət və qayğı göstərməsi, tez-tez sərhədçilərlə görüşərək onların problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi böyük iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda incəsə­nət ustaları sərhədçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Ordu.az

Foto

Teqlər: DSX   Zaqatala  

Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü qeyd olunub - FOTOLAR

2018/03/photo_20180306094408_1520331017_1520338250.jpg
Oxunub: 3300     18:08     06 Mart 2018    