Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Fransanın Buk-Bel-Er şəhərinin nümayəndə heyəti qanunsuz olaraq Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Məlumata görə, fransız nümayəndə heyətinə şəhər meri Rişar Malye rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Alpər Mövludoğlu
Ordu.az