Pentaqon: Pakistan terrorizmlə müharibədə daha çox şey edə bilər

2018/03/4564565_1520240695.jpg
Oxunub: 3968     17:22     05 Mart 2018    
Pentaqon İslamabada Cənubi Asiya regionunda terrorizmə qarşı müharibənin ciddi nailiyyətlər qazandığını xatırladaraq, bu fürsətlərdən istifadə etməyə çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt bildirib.

“Pakistana hörmət edərək inanırıq ki, Pakistan terrorizmlə müharibədə daha çox şey edə bilər. Bu fleksiya nöqtəsidir, yeni bir fürsətdir. Pakistanın daha çox şey etməsi üçün doğan fürsət. Onların çox sayda terrorizm qurbanları var. Ona görə də biz onlarla birlikdə işləməyə davam etmək və bu fürsətin harda olduğunu göstərmək istəyirik”, - deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Terror   Pentaqon  


Bizi "telegram"da izləyin