Ordu.az xəbər verir ki, tədbirdə briqadanın keçmiş döyüşçüləri, Tərtər rayon ictimayyətinin nümayəndələri və birlik komandiri komandiri, general-mayor Hikmət Həsənov iştirak edib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan rəsmi hissədə general-mayor H.Həsənov Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bu gün münasibəti ilə hərbi hissədə xidmət aparan şəxsi heyyətə ünvanladığı təbriki çatdırıb.
General H.Həsənov öz nitqində hərbi hissənin yaranma tarixi haqqında geniş məlumat verərək bildirib ki, hərbi hissə Müdafiə Nazirliyinin əmri ilə 1992-ci il mart ayının 3-də yaradılıb. Hərbi Hissənin yaradılmasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun böyük zəhməti olduğunu, ilk hərbi hissə komandirinin də məhz elə N.Sadıkovun özünün olduğunu vurğulayıb. Bundan başqa general fəxarətlə ilk dəfə zabit kimi xidmətə N saylı hərbi həssədə başladığını bildirib.
Sonra çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhali ilə ordu arasında yaranan qırılmaz bağlılığı qeyd edərək, bütün tərtərlilərin adından hər zaman ordunun yanında olacaqlarını bildirib. O rayon ictimayyəti adından hərbi hissəyə xatirə hədiyyəsi təqdim edib.
Keçmiş döyüşçülərin – ehtiyatda olan zabitlərin də yaxından iştirak etdiyi təntənəli mərasimdə müəllifi Azərbaycan Ordusunun polkovniki, Müdafiə nazirinin müşaviri Abdulla Qurbaninin müəllifi olduğu “Qəhrəman Tərtər” adlı kitabın da təqdimat mərasimi olub. Kitabın ilk nüsxələri hərbi birliyin yüksək rütbəli zabitlərinə, müharibə veteranlarına və əlillərinə təqdim olunub.
Daha sonra mərasimin bədii hissəsi başlayıb. Silahlı Qüvvələrin mahnı rəqs ansanblının ifasında mahnılar dinlənilib. İştirakçılar müasir tipli hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış olub.
Elgün Gəncimsoy, Tərtər
Ordu.az
Ordu.az